image-kolombiya-kaza-olay-yeri-reu-2335945_1backend

Kolumbiyada hərbi maşın uçuruma düşüb: 9 nəfər ölüb, 20 nəfər yaralanıb

Kolumbiyada hərbi maşının uçurumdan aşması nəticəsində 9 əsgər həlak olub, 20 əsgər yaralanıb.
Elchi.az xəbər verir ki, Narino inzibati bölgəsindəki Barbacoas şəhərinin La Kolumpia bölgəsində hərbi maşın 100 metrlik uçurumdan aşıb.
Qəzada 9 əsgər həyatını itirib, 20 əsgər isə yaralanıb.
Ordu komandanı general Luis Emilio Cardozo Santamaria, mülki müdafiəyə dəstək və köməyə görə təşəkkür edib və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Petro, “Vətənin və Kolumbiya xalqının övladları yol qəzasında həyatını itirdi. Çox kədərli bir qəza. Bütün ailələrə başsağlığı verirəm. Övladlarınızı bir prezidentə, bir quruma, bir dövlətə əmanət etsəniz, onların sağ-salamat evlərinə qayıtmaları üçün daha çox səy göstərməliyik. Qəzaya görə çox üzgünəm” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki