Şərqi Afrika ölkəsi Keniyada kiçik bir təyyarənin sərt eniş etməsi nəticəsində yerdə olan 3 nəfər ölüb, göyərtəsində olan 3 nəfər isə yaralanıb.
Elchi.az xəbər verir ki, Cessna 172 təyyarəsi Keniyanın sahil bölgəsindəki Malindidəki Mombasa şossesinin Kvaçoça qəsəbəsində qəza enişi edərək yol kənarında alovlanıb.
Polis, sürücü də daxil olmaqla 3 nəfərin təyyarənin qanad və quyruğunun parçalarına dəyməsi nəticəsində öldüyünü açıqlayıb.
Pilot və iki tələbə qəzadan əvvəl təyyarədən tullanaraq xəsarət alaraq xilas olublar. Təyyarədə texniki nasazlıq olduğu və təcili eniş etməyə çalışdığı öyrənilib.
Şayəstə Hüseynova