Çinin Heilongjiang əyalətinin Harbin şəhərində keçirilən IX Qış Asiya Oyunlarına bu gün yekun vurulub.
Elchi.az xəbər verir ki, Builki Qış Asiya Oyunlarında ümumilikdə 64 qızıl medal qazanılıb.
Çin 32 qızıl medalla Qış Asiya Oyunları tarixində rekord həddə çatıb. Çin millisi 32 qızıl, 27 gümüş və 26 bürünc olmaqla ümumilikdə 85 medal qazanaraq tarixində ən uğurlu çıxışını əldə edib.
Builki Asiya Qış Oyunlarında Çin millisi həm qızıl, həm də ümumi medal hesabında birinci yeri qazanıb.
Yarışlarda 34 ölkə və regiondan 1270 idmançı iştirak edib. Asiya Qış Oyunları bu günə qədər ən çox idmançıya ev sahibliyi edib.
Çinin Baş naziri Li Qiang və Monqolustan baş naziri Luvsannamsrain Oyun-Erdene bu axşam bağlanış mərasimində iştirak ediblər.
Digər tərəfdən, növbəti Qış Asiya Oyunları 2029-cu ildə Səudiyyə Ərəbistanında keçiriləcək.
Nuranə Məmmədova