İstanbul Hava Limanı, keçən il gündə orta hesabla 1401 uçuşla üçüncü il dalbadal Avropanın ən işlək hava limanı adını qoruyub.
Elchi.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2024-cü il üçün “Avropa Aviasiyasına İcmal” hesabatını açıqlayıb.
Hesabata görə, İstanbul Hava Limanında gündə orta hesabla 1401 uçuş həyata keçirilib ki, bu da sözügedən dövrdə bir əvvəlki ilə nisbətən uçuşların sayını 2 faiz artırıb. Beləliklə, İstanbul Hava Limanı ardıcıl üçüncü ili zirvədə tamamladı.
Ən çox uçuş həyata keçirən hava limanları siyahısında İstanbul Hava Limanını gündəlik orta hesabla 1336 uçuşla Amsterdam Schiphol və 1302 uçuşla London Hitrou izlədi.
Hesabatda aviaşirkətlərin uçuş rəqəmləri də yer alıb.
Buna görə, Türkiyənin bayraq daşıyıcısı olan Türk Hava Yolları, 2024-cü ildə gündəlik orta hesabla 1435 uçuş həyata keçirərək Avropada üçüncü yeri tutdu.
Hesabata görə, ölkə daxilində hava limanlarından gündəlik orta hesabla 3140 uçuş həyata keçirən Türkiyə Avropada ən çox uçuş həyata keçirən ilk 10 ölkə arasında 6-cı yeri tutub.
Nuranə Məmmədova