İspaniyada oktyabrın 29-da başda Valensiya olmaqla ölkənin şərqini və cənubunu fəlakət zonasına çevirən güclü yağış və sel bu dəfə Girona şəhərinə ziyan vurub.
Elchi.az xəbər verir ki, İspaniyanın şimal-şərqindəki Girona şəhərinin Cadaques rayonunda ötən gecə başlayan güclü yağışın səbəb olduğu sel ən azı 32 avtomobilə ziyan vurub.
Kataloniya Radiosuna danışan Cadaques Bələdiyyə Başçısı Pia Serinyana 2-3 saat davam edən güclü yağışın ciddi fəsadlar törətdiyini bildirib.
“Həyəcan siqnalı verilib, lakin insanlar avtomobillərini küçədə qoyub və sel maşınları aparıb”, – Serinyana bildirib.