İspaniyada daşqının maliyyə sektoruna vurduğu zərər 20 milyard avronu keçib.
Elchi.az xəbər verir ki, İspaniya Bankı ölkənin şərq və cənub bölgələrini təsir edən daşqınların maliyyə sektoruna xərcinin 20 milyard 584 milyon avro olaraq qiymətləndirildiyini açıqlayıb.
Mərkəzi Bankın sədri Xose Luis Escriva sel və daşqınların birbaşa qurbanlarının 561 min 210 olduğunu, 534 min 529 ev və iş yerinin isə seldən zərər çəkdiyini açıqlayıb. Escriva qeyd edib ki, maliyyə sektorunda daşqının ümumi dəyəri 20 milyard 584 milyon avro olub.
Nuranə Məmmədova