İraq rəsmiləri Şimali İraqın Kərkük bölgəsində yük maşınında 5 milyard Suriya lirəsi ələ keçirib.
Elchi.az xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi ölkənin şimalındakı Kərkük şəhərində keçirilən əməliyyat çərçivəsində yük maşınında gizlədilən 5 milyard Suriya lirəsinin ələ keçirildiyini açıqlayıb.
Ələ keçirilən 5 milyard Suriya lirəsi təxminən 13,6 milyon türk lirəsinə bərabərdir.
NTV-nin verdiyi xəbərə görə; Daxili İşlər Nazirliyinin sözçüsü Mikdad Miri verdiyi açıqlamada, “Kərkük vilayətində Nəzarət İşləri İdarəsinə bağlı bölmələr tərəfindən həyata keçirilən əməliyyatda Kərkükdə nəzarət-buraxılış məntəqəsindən keçərkən yük maşınına gizlədilən 5 milyard Suriya lirəsi dəyərində nağd pul ələ keçirilib” dedi.
Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, yük maşınının sürücüsü və onunla birlikdə olan şəxs həbs edilib.
Şayəstə Hüseynova