İranın cənubundakı Fars əyalətində Müdafiə Nazirliyinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində pilot və köməkçi pilot ölüb.
Elchi.az xəbər verir ki, İranın cənubundakı Fars əyalətinin Firuzabad bölgəsində İran Müdafiə Nazirliyinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Bildirilib ki, təyyarə texniki nasazlıq üzündən qəfil hündürlüyünü itirib və bölgədəki dağlıq əraziyə düşüb.
Qəzada təyyarənin pilotu və köməkçi pilotu dünyasını dəyişib.
Nuranə Məmmədova