Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində etiraz aksiyaları başlayıb.
Elchi.az Globalinfo.az-a istinadla xəbər verir ki, buna səbəb hökumətin İraq və Suriya kürdlərini şəhərə köçürməsi olub.
Mitinqdə iştirak edənlərin hamısı azərbaycanlılardır.
Qeyd edək ki, bu mitinq Urmiyanı Kürdüstan kimi göstərməyə çalışan kürdlərə cavab olub. Belə ki, İranın azərbaycanlılar yaşadığı bölgələrə köçürdüyü 2 minə yaxın kürdlər ötən günlərdə mitinq keçirib və “Urmiya Kürdüstandır” şüarını səsləndiriblər.