image-iran-nuve-silahibackend

İranda Ali Məhkəmənin hakimlərinə sui-qəsd edildi!

İranın paytaxtı Tehranda Ali Məhkəmənin binası qarşısında silahlı hücum nəticəsində iki Ali Məhkəmə hakimi həyatını itirib, biri isə yaralanıb.
Elchi.az  xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Ali Məhkəmə hakimləri Tehranda Ali Məhkəmənin binası qarşısında silahlı basqınçı tərəfindən öldürülüb.
Hücum zamanı iki hakim Hüccətulislam Mukise və Hüccətulislam Razini həyatını itirib.
Hakim və mühafizəçisi də yaralanarkən, hadisədən sonra təcavüzkarın özünə atəş açaraq intihar etdiyi bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki