İran Xarici İşlər Nazirliyi Britaniya rəsmilərinin Tehranın Britaniyanın milli təhlükəsizliyini təhdid etməyə çalışması ilə bağlı əsassız iddialarını təkzib edib.
Elchi.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi çərşənbə günü bu iddiaları təkzib edərək, Britaniyanın İran və Qərbi Asiya regionuna qarşı qeyri-konstruktiv yanaşmalarına son qoymağa çağırıb.
Bəqayi İranın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də qarşılıqlı hörmət və digər ölkələrin daxili işlərinə qarışmama prinsiplərinə, eləcə də beynəlxalq norma və qaydalara riayət etdiyini təsdiqləyib.
O vurğulayıb ki, Britaniya rəsmilərinin İranın Britaniyanın daxili təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddiaları əsassız deyil, həm də “İran xalqına qarşı uzun müddətdir zərərli müdaxilələrə malik olan və hazırda anti-İran terrorçularına ev sahibliyi etmək və onlara dəstək vermək üçün heç bir fürsəti əldən verməyən hökumətin qəsdən proyeksiya formasıdır”.
İran mediası yazır: “Bəqayi Britaniya rəsmilərinə İran İslam Respublikasına qarşı qarşıdurma siyasətində və əsassız ittihamlarda israr etmək əvəzinə, İran xalqına qarşı yanlış siyasətdən əl çəkməyi və terror təbliğatını dayandırmağı tövsiyə edib”.
Britaniya daha əvvəl İranı, o cümlədən kəşfiyyat xidmətləri və İslam İnqilabı Keşikçiləri Korpusunu Xarici Təsirlərin Qeydiyyatı Sxeminə (FIRS) daxil edəcəyini bildirmişdi.
Britaniya FIRS-i Böyük Britaniyanın siyasi sisteminin xarici təsirlərə davamlılığını gücləndirmək üçün nəzərdə tutulmuş iki səviyyəli sxem kimi təsvir edir.
Bildirilib ki, London bu yolla bəzi xarici qüvvələrin və ya təşkilatların milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətinə daha böyük inamı təmin etmək niyyətindədir.
Yeganə