image-9-1backend

Independent: Ukraynalılar uşaqlarını Britaniyaya aparmaq üçün fırıldaqçılara pul ödəyirlər

“İndependent” qəzeti “Settled” xeyriyyə təşkilatının məktublarına və qaçqınların fikirlərinə istinadən yazır ki, getdikcə daha çox ukraynalı qaçqın uşaqlarını Böyük Britaniyaya gətirmək üçün şübhəli və bəzən qeyri-qanuni üsullara əl atmağa məcbur olur.

Elchi.az xəbər verir ki, çarəsizlikdən ukraynalı valideynlər İrlandiya Respublikası vasitəsilə vizasız girişlə bağlı məsləhətlər verən fırıldaqçılara müraciət edirlər.

2024-cü ilin fevral ayından etibarən ukraynalı qaçqınlar öz yaxınlarına Böyük Britaniya vizaları üçün sponsorluq etmək imkanını itirdilər, bu tənzimləmə indi yalnız Böyük Britaniya, İrlandiya və daimi yaşayan vətəndaşlar üçün əlçatandır.

Qaçqın uşaqlar İrlandiya üzərindən ölkəyə gələndə Britaniya Daxili İşlər Nazirliyi ya onların vizasından imtina edir, ya da ərizələrini gecikdirir, beləliklə də uşaqları hüquqi statussuz və normal yaşama şansı yoxdur.

“Settled” təşkilatına hər həftə uşaqları şübhəli yollarla gətirmiş ukraynalı qaçqınlardan kömək üçün müraciətlər daxil olur. Qaçqınlardan biri nəşrə bildirib ki, övladlarına viza almağa cəhd etmək üçün fırıldaqçıya az qala 3 min avro ödəyib.

Böhrana cavab olaraq Britaniya ukraynalılar üçün viza rejimini sadələşdirib: pulsuz ailə vizası üç il müddətinə etibarlıdır, bu onlara ölkədə yaşamaq, işləmək və təhsil almaq imkanı verir, həmçinin dövlət vəsaitlərinə çıxışı təmin edir. 17 dekabr 2024-cü il tarixinə 267 mindən çox ukraynalı Britaniya vizası alıb, onlardan 218 mindən çoxu Böyük Britaniyaya gəlib, RİA Novosti xatırladır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki