image-99backend

İlham Əliyev: Kimsə ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin! 

“Biz ləyaqət, milli qürur savaşına çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşadıq: öldü var, döndü yoxdur”. Azərbaycan xalqı müharibədə ordumuzun arxasında dayandı. Düşmən Azərbaycan xalqının iradəsini qıra bilmədi. Hər gün ordumuz irəlilədikcə yeni uğurlar, yeni qələbələr qazandıq”.

Alp.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, müharibə başlayanda mənfuer düşmənin əlində kifayət qədər ərazi vardı:

“İllər ərzində möhkəmlənmiş düşmən Azərbaycan ordusunun şücaətilə geri qayıtmağa vadar oldu. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır və ədalətsizliklə barışmaq niyyətində deyil”.

Ölkə başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsi 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi:

“Düşməni diz çökməyə, kapitulyasiya aktına imza atamağa məcbur etdik. Həmin düşmən 30 il ərzində xalqımızın şərəf və ləyaqətini alçatmağa çalışdı, amma biz onları ağ bayraq qaldırmağa məcbur etdik. Nəticədə yüzlələr kənd bir güllə atmadan azad olundu. Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Azərbaycan ərazisində Qağlıq Qarabağ ərazisi mövcud deyil. Kimsə ölünü diriltmək istyəyirsə, öz ərazisində Qağlıq Qarabağ yaratsın! Bizim üçün Qarabağ ərazi vahidi var. Bunu mən deyirəm. Hər kəs bu sözlərlə hesablaşmalıdır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki