image-2-1backend

Hürriyət: “Türkiyə Suriyada hakimiyyətə gələn müxalifətə dəstək verəcək”

Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Ankara Suriya müxalifətini dəstəkləməyə hazırdır və Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu ölkəyə qarşı siyasətinin üç əsas istiqamətini müəyyənləşdirib.

Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.

Birincisi, Türkiyə keçid prosesinin yaradılmasına və yeni Suriyanın qurulmasına töhfə vermək niyyətindədir. İkincisi, Ankara Kürdüstan Fəhlə Partiyası (PKK) və Xalq Müdafiə Birlikləri (YPG) ilə mübarizəni davam etdirəcək. Nəhayət, üçüncü prioritet suriyalı qaçqınların öz vətənlərinə qayıtmasının təmin edilməsidir.

Qəzet həmçinin “ekstremizmdən azad və insan haqları, ədalət və təmsilçiliyə əsaslanan Suriya” quracaq keçid administrasiyasının yaradılması planlarından xəbər verir.

Nəşr yazır: “Türkiyə yeni Suriyanın inşası zamanı bütün məsələlərdə müxalifəti dəstəkləməyə davam edəcək”.

Reuters agentliyi Suriyadakı mənbələrinə istinadən bazar ertəsi bildirib ki, Suriya silahlı müxalifəti təxminən altı ay əvvəl Türkiyəni hökumət qüvvələrinə qarşı hücum əməliyyatı planları barədə məlumatlandırıb və hesab edir ki, Ankaradan “sakit razılıq” alıb.

Bazar ertəsi səhər saatlarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verməklə bağlı şəxsi qərarını açıqlayıb. Suriyanın keçmiş prezidenti paytaxt Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsindən sonra ölkəni tərk edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki