image-674a5a87172bc674a5a87172bd1732926087674a5a87172ba674a5a87172bbbackend

HTS lideri Colani Suriyadakı hədəflərini açıqlayıb

Hələb və Həmada irəliləyişlərini davam etdirən HTŞ-nin rəhbərlik etdiyi qruplar Suriya ordusunun nəzarət-buraxılış məntəqələrini keçərək Homsa daxil olublar. Heyət Təhrir əl-Şam (HTS) lideri Əbu Məhəmməd əl-Kolani CNN-ə müsahibəsində ilk dəfə olaraq əsl adından Əhməd əl-Şaraa istifadə edərək, rejim əleyhinə hədəflərini bölüşüb.
Elchi.az xəbər verir ki, Heyət Təhrir əl-Şamın (HTŞ) lideri Əbu Məhəmməd əl-Kolani ilə Suriyanın şimalındakı açıqlanmayan bir bölgədə baş tutan görüşdə Colani Suriyada Bəşər Əsəd administrasiyasına qarşı məqsədlərini və mülki şəxslər üçün yaratdıqları nizamı izah etdi. Colani də CNN İnternational-a verdiyi bu müsahibədə ilk dəfə öz əsl adından “Əhməd əl-Şaraa” istifadə edib.
Colani müsahibəsində “Məqsədimiz xalq tərəfindən seçilən şura və institusional strukturlara əsaslanan hökumət qurmaqdır” dedi. “Suriya xalqı tək bir liderin özbaşına qərarları ilə idarə olunmaqdan xilas edilməlidir.
Colani Bəşər Əsəd administrasiyasının “ölü” olduğunu iddia edərək, hətta İran və Rusiyanın dəstəyinin də bu gerçəyi dəyişə bilməyəcəyini müdafiə edib. Xarici qüvvələrin Suriyanı tərk etməsi lazım olduğunu bildirən Colani, “Rejim yıxıldığı zaman burada xarici qüvvələrin qalmasına ehtiyac qalmayacaq” deyib.
HTŞ-nin terror təşkilatı tərifini “siyasi və yanlış” olaraq tapan Colani mülki şəxslərə qarşı irəli sürülən ittihamları rədd edərək, təşkilatın yalnız rejimə qarşı mübarizə apardığını iddia edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki