Məşhur aktrisa Culian Mur bildirib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp onun “Çilli çiyələk” adlı uşaq kitabını qadağan edib.
Elchi.az xəbər verir ki, bu barədə Hollivud ulduzu Instagram sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Murun sözlərinə görə, onun əsərinin ABŞ Müdafiə Nazirliyinin tabeliyində olan məktəblərdə yayılması və oxunması qadağan edilib. “Çilli çiyələk” üzündə yaş ləkələri olan yeddi yaşlı qızın hekayəsidir. Qəhrəman özünü qəbul etməyi və çillərlə yaşamağı öyrənir. Hekayə Julianne’nin uşaqlığı və təcrübələrinə əsaslanır.
Aktrisanın özü də dövlət başçısı administrasiyasının bu qərarından üzüldüyünü etiraf edib. Aktrisa hərbi qulluqçuların uşaqları üçün orta məktəbdə oxuduğunu, atasının isə Vyetnam kampaniyasının veteranı olduğunu da xatırladıb.
“Təəssüf ki, indi hərbçi uşaqlar həyat təcrübəsi öz təcrübələrinə bənzəyən birinin yazdığı kitabı oxuya bilməyəcəklər. Bunu qadağan edən mübahisəli və ya təxribat xarakterli heç nə yoxdur”, – deyə aktrisa bildirib. Mur əlavə edib ki, “söz və ifadə azadlığının konstitusion hüquqlar olduğu bir ölkədə” qadağadan təəssüflənir.
Bundan əvvəl məlum olmuşdu ki, 64 yaşlı Culian Mur jurnal üçün transparan üst paltarı ilə poza verib.
Yeganə