“Dövlət sərhəd xidmətinin əməkdaşının minaya düşməsi ilə bağlı faktın təfərrüatları və detalları tam aydın deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
O, ötən gün Zəngilan ərazisində Azərbaycan hərbçisinin minaya düşməsinə rəyini açıqlayıb:
“Bu hadisədə ilə əlaqədar bir neçə versiya üzərində dayanmaq olar. Minanın düşmən tərəfindən basdırılması və ya hərbiçimizin təhlükəsizlik qaydalarını pozaraq minalı sahəyə daxil olması mümkündür.
Digər versiya havanın kifayət qədər dumanlı olmasıdır. Bu cür şərait hərbçinin səmti itirməsi ilə nəticələnə bilir.
Baş verən hadisə hərbi hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırma başa çatmadan, bu barədə konkret rəy bildirmək doğru deyil.
Mina təhlükəsi həmişə olub və yaxın gələcəkdə də bu risk qalacaq. Həm hərbiçilərimiz, həm də azad olunmuş ərazilərdə çalışan mülki şəxslər çox ehtiyyatlı olmalıdırlar. Təmizlənmiş hərəkət marşrutlarından kənara çıxmaq olmaz”.