ABŞ prezidentliyinə qalib gələn namizəd Donald Tramp hazırkı Amerika lideri Co Baydenin səhvlərindən dərs almalıdır və onun bütün müharibələrə son qoymaq öhdəliyi hələ də sınaqdan keçirilməlidir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters”ə radikal islamçı HƏMAS qruplaşmasının nümayəndələri məlumat verib.
Qrup sözçüsü Sami Abu Zuhri şərhində “Trampı Baydenin səhvlərindən dərs almağa çağırırıq” dedi. Tramp daha əvvəl söz vermişdi ki, prezidentliyi dövründə bütün müharibələrə son qoyacaq və onun səlahiyyət müddəti Amerikanı “qızıl dövrə” qaytaracaq.
Yeganə