Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində üç girovu azad edəcək.
Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Əbu Ubaidə məlumat verib.
Ubaida deyib: “Əsirlər mübadiləsi razılaşmasının bir hissəsi olaraq Əl-Qəssam briqadaları bazar günü üç sionist məhbusu azad etmək qərarına gəlib.
Onun sözlərinə görə, azad edilən girovların yaşı 24-31 arasındadır. Hərəkat məhbusların siyahısının İsrail tərəfinə təhvil verildiyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman siyahının daxil olduğunu təsdiqləyib.
Daha əvvəl N12 xəbər vermişdi ki, atəşkəs çərçivəsində azad edilən üç girovun adları texniki səbəblərə görə hələlik açıqlanmır. Netanyahu İsrail ordusuna Həmas girovların siyahısını verənə qədər atəşi dayandırmamağı əmr edib.
Yeganə