HƏMAS sabah azadlığa buraxılacaq altı israilli əsirin adlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail və HƏMAS arasında 7-ci məhbus mübadiləsinin sabah baş tutacağı gözlənilir. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları sabah azadlığa buraxılacaq 6 kişi məhbusun adlarını açıqlayıb.
Əsirlərin adları “Eliya Cohen, Omer Shem-Tov, Omer Wenkert, Tal Shoham, Avera Mengistu və Hişam al-Sayed” kimi qeyd edilib.
İsrail mediası Avera Mengistu-nun 2014-cü ilin sentyabrında Qəzzaya və Hişam əl-Sayidin 2015-ci ilin aprelində sərhədi keçdikdən sonra Həmas tərəfindən saxlanıldığını, digər dörd israillinin isə 7 oktyabr 2023-cü ildə əsir götürüldüyünü yazıb.
Şayəstə Hüseynova