HƏMAS Fələstin xalqının məcburi köçkünlüyünün qarşısını almaq və Qəzzanın yenidən qurulmasını təmin etmək məqsədi daşıyan bütün təşəbbüslərlə əməkdaşlığa hazır olduqlarını bəyan edib.
Elchi.az xəbər verir ki, HƏMAS Rəhbərlik Şurasının sədri Məhəmməd İsmayıl Dərviş Qahirədə keçiriləcək Ərəb Zirvəsi öncəsi açıqlama verib.
Dərviş, “Fələstinlilərin hüquqlarını, xüsusilə də xalqımızın işğala qarşı müqavimət göstərmək üçün ayrılmaz haqqını pozmayacaq şəkildə Qəzza zolağında xalqımızın köçürülməsinin qarşısını alacaq və bölgənin yenidən qurulmasını təmin edəcək hər cür təşəbbüslə əməkdaşlıq etməyə hazırıq” dedi. O bildirib:
HƏMAS-ın “öz müqəddəratını təyinetmə hüququnu, paytaxtı Qüds olan müstəqil, tam suveren Fələstin dövlətinin qurulmasını və qaçqınların Nəkbədən bəri köçkün olduqları şəhər və kəndlərə qayıtmasını təmin edən Fələstin məsələsində ədalətli həll tapmağa hazır olduğunu” vurğulayan Dərviş:
“Atəşkəs razılaşmasının qalan mərhələlərini başa çatdırmaq, hərtərəfli və daimi atəşkəsi təmin etmək, işğalçı qüvvələrin Qəzza zolağından tamamilə çıxarılması, yenidən qurulması və blokadanın aradan qaldırılması istiqamətində qərarlıyıq. Müharibədən sonrakı proses Fələstin xalqının iradəsinə əsaslanmalı və ərəb dünyasının dəstəyi ilə formalaşmalıdır”.
Dərviş bildirib ki, Həmas fələstinlilərin razılaşdırdığı variantları nəzərdən keçirməyə hazırdır: istər texnokratlar, ekspertlər və fələstinli peşəkarlardan ibarət milli barışıq hökumətinin yaradılması, istərsə də Fələstin tərəfindən Misirdə qüvvədə olan qanunlara uyğun olaraq Qəzzanın idarə olunması ilə məşğul olacaq sosial dəstək komitəsinin yaradılması.
“Həmas Fələstinli olmayan hər hansı bir idarə modelinin tətbiqini və ya xarici qüvvələrin Qəzza zolağında olmasını qətiyyətlə rədd edir” deyə vurğulayan Dərviş, başda Misir və İordaniya olmaqla, bütün ərəb dünyasının fələstinliləri köçürmə layihəsini rədd edərkən ortaq mövqedən məmnun olduqlarını bildirib.
Yeganə