image-esir-takas-aa-2327564_1backend

HƏMAS: Fələstinli məhbuslar azad olunana qədər işgəncələrə məruz qalıb

HƏMAS bildirib ki, azadlığa çıxan fələstinli məhbusların ifadələri onların azadlığa çıxmazdan əvvəlki günlərdə və hətta son anlarına qədər pis rəftar və işgəncələrə məruz qaldıqlarını ortaya qoyub.
Elchi.az xəbər verir ki, “Azadlığa buraxılan məhbusların dəhşətli ifadələri onların azadlığa çıxmalarına bir neçə gün qalmışa qədər və azadlığa çıxacaqları son ana qədər pis rəftara və işgəncələrə məruz qaldıqlarını ortaya qoyur”, – HƏMAS-ın bəyanatında deyilir.
Açıqlamada fələstinli məhbusların fiziki və psixoloji işgəncələrə, tibbi laqeydliyə, aclıq, susuzluğa və dərman çatışmazlığına məruz qaldığı diqqətə çatdırılıb “Bu, işğalçı dövlət tərəfindən sistematik şəkildə həyata keçirilən tamhüquqlu hərbi cinayətdir və beynəlxalq məhbus hüququnun kobud şəkildə pozulmasıdır”. ifadəsindən istifadə edilmişdir.
Bəyanatda Negev həbsxanasından təxliyə zamanı İsrailin fələstinli məhbuslara qarşı rəftarına Qırmızı Xaç Cəmiyyətinin reaksiyasına da toxunulub və bu cinayətlərin İsrailin beynəlxalq hüququ tanımamasının ən böyük göstəricisi olduğu vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki