Suriyanın Hələb vilayətinin Nakkarin kəndində Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən qalıqların olduğu kütləvi məzarlıq tapılıb.
Elchi.az xəbər verir ki, Baas rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış və yoxlama tədbirləri zamanı kütləvi məzarların üstü açılmağa davam edir.
Hələb polisinə bağlı qüvvələr Hələbin Nəkkarin kəndində yeni kütləvi məzarlıq aşkarlayıb.
Kütləvi məzarlıqda devrilmiş rejim tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən cəsədlərin qalıqları aşkar edilib.
Məzarda təxminən 1500 nəfərin cəsədinin tapıldığı bildirilir.
Suriya Xəbər Agentliyi (SANA) dekabrın 29-da Homs əyalətinin Hola bölgəsi ətrafında devrilmiş lider Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən kütləvi məzarlığın tapıldığını bildirib.
Şayəstə Hüseynova