image-gurcistan-reu-2310135_1backend

Gürcüstanda davam edən nümayişlərə polis müdaxiləsi

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında davam edən etiraz aksiyasında fəallar polisin müdaxiləsi ilə dağıdılıb.
Elchi.az xəbər verir ki, Gürcüstan hökumətinin ölkənin Aİ-yə üzvlük danışıqlarını 4 ildir dayandırmaq qərarına günlərlə etiraz edən minlərlə insan polisin müdaxiləsi nəticəsində səhər saatlarında aksiyalarına son qoyub.
Aksiyalarının 6-cı günündə hökumətin qərarına reaksiya verən etirazçılar dünən axşam toplaşdıqları parlamentin qarşısında polisin təzyiqli su ilə müdaxiləsindən sonra Şota Rustaveli küçəsində barrikadalar qurublar.
Nümayişçilər ətrafda tapdıqları əşyaları yandırıb, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər burada saatlarla polis xüsusi təyinatlılarına hücum edərək, pirotexniki vasitələrdən istifadə edib, daş və digər əşyalar atıblar.
Aktivistlərin hücumlarına dəfələrlə gözyaşardıcı qazla cavab verən polis xüsusi təyinatlıları səhər saat 05:00 radələrində su təzyiqli maşınlardan da istifadə edərək nümayişçilərə müdaxilə edib.
Nümayişçilər geri çəkilmək məcburiyyətində qaldıqda polis qrupları bütün küçə boyu təhlükəsizlik tədbirləri görüb.
Polis bəzi nümayişçiləri saxlayıb və parlament binasına gedən yolları bağlayaraq onları nəzarət altına alıb.
Bir qrup nümayişçi Tbilisinin müxtəlif küçələrində yürüşlərini davam etdirir.
Gürcüstan prezidenti Salome Zurabişvili X hesabında verdiyi açıqlamada hökuməti zorakılıq yolu ilə dinc nümayişçilərə müdaxilə etməkdə ittiham edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki