image-kasirga-1backend

Fransanın “Reunion” adasında qasırğaya görə qırmızı təhlükə elan edilib

Hind okeanında Fransanın müstəmləkəsi olan “Reunion” adasında qasırğaya görə qırmızı təhlükə elan edilib.
Elchi.az xəbər verir ki, Fransanın milli meteorologiya agentliyi “Meteo France” qasırğanın təsiri altına düşəcək adada sürəti saatda 150 kilometri keçən fırtınaların və güclü yağışın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib.
Fransanın daxili işlər naziri Bruno Retalleau bildirib ki, ehtiyat tədbirləri çərçivəsində qonşu Mayotte koloniyasından 100 yanğınsöndürən Reuniona göndərilib və lazım gələrsə, Fransa materikindən əlavə qüvvələr göndərilə bilər.
Dekabr ayında Mayotta adasını vuran Çido siklonu böyük dağıntılara səbəb olmuş və onlarla insan həyatını itirmişdi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki