image-thumbs-b-c-1backend

Fransa Le Penin partiyasından 3,5 milyon avro təzminat tələb edir

Fransada Avropa Parlamentinin (AP) vəsaitlərini mənimsəməkdə təqsirli bilinən siyasətçi Marin Le Pendən təmsil etdiyi partiya Milli Rallidən 3,5 milyon avro təzminat tələb edilib.
Elchi.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, AP 2027-ci il Fransa prezident seçkiləri üçün favorit namizədlərdən biri olan və korrupsiyada təqsirli bilinən Le Penin partiyasından təzminat tələb edib.
Hesabatda qeyd olunub ki, AP-nin tələb etdiyi 3,5 milyon avro təzminat Milli Birliyə üzv olan AP deputatlarının müşavirlərinə ödənilən pul məbləğinə bərabərdir.
Le Pen onun əyalət şurasına buraxılmasına etiraz edir
Digər tərəfdən, martın 31-də korrupsiyada təqsirli bilinərək, aprelin 18-də Pas-de-Kale əyalət şurasına üzvlüyünə qadağa qoyulan ifrat sağçı siyasətçi Le Pen bu gün Lill İnzibati Məhkəməsinə ərizə ilə onun şuradan qadağa qoyulması qərarından apellyasiya şikayəti verib.
Le Pen 2021-ci ildə Pas-de-Kale əyalət məclisi seçilib.
Le Pen korrupsiyada təqsirli bilinib
Le Penin Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə ittiham olunduğu işdə, Paris Cinayət Məhkəməsi 31 martda ifrat sağçı liderə beş illik siyasi qadağa qoyub; O, dörd il həbs cəzasına məhkum edilmiş, iki il müddətinə şərti olaraq, iki il isə elektron qolbaqla nəzarət altında saxlanılmalı və 100 min avro məbləğində cərimə edilmişdir.
Məhkəmənin qərarı Le Penin cəzasını həbsxanada çəkməyəcəyi anlamına gəlsə də, vəkilləri qərardan apellyasiya şikayəti verib.
İddia olunur ki, Le Pen Avropa Parlamentinin üzvü olduğu müddətdə qondarma məsləhət xidmətləri üçün AP vəsaiti ilə iki nəfərə maaş ödəyib.
2015-ci ildə Fransada Milli Cəbhə Partiyasından seçilmiş bəzi deputatlar, o cümlədən Marin Le Pen də 2004-2016-cı illər arasında Avropa Parlamentində “qondarma iş” yaratdıqlarına görə istintaq başladılmışdı.
Paris prokurorluğu Le Penə və onun atası Jean-Marie Le Pen də daxil olmaqla partiyanın bəzi deputatlarına qarşı AB vəsaitlərindən sui-istifadə və “cinayəti gizlətmək” ittihamı ilə iddia qaldırmışdı.
2018-ci ildə adı Milli Rally olaraq dəyişdirilən qurumun aparıcı siması və keçmiş prezidentliyə namizəd, onun atası Jan-Mari Le Pen və Lui Aliot və Bruno Qollniş də daxil olmaqla 27 partiya üzvünün Avropa İttifaqının maliyyə vəsaitlərindən sui-istifadə etdiyinə görə məhkəməsi 2024-cü ilin sentyabrında Paris Cinayət Məhkəməsində başlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki