Fransa İslam Şurası (CFCM) bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallant üçün verilən həbs qərarı beynəlxalq hüququn tətbiqi baxımından ümid işığıdır.
Elchi.az xəbər verir ki, CFCM-in verdiyi açıqlamada bildirilib ki, bir ildən artıqdır ki, dünya Qəzzada dinc əhalinin sistematik şəkildə məhv edilməsinin çarəsiz şahidi olur.
Bəyanatda, İsrail nazirləri və rəsmilərinin Qəzzada yaranmış vəziyyət qarşısında “soyqırım niyyətlərini açıq şəkildə ifadə edən”, “barbarlıq və cəzasızlığın şiddətləndiyi” ifadələr işlətdikləri, BCM-nin Netanyahu və Gallanta qarşı hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs qərarı verilməsi məsələsinin “ümid işığı” olduğu vurğulanıb.
Bəyanatda deyilir ki, bu qərar “Qəzzaya tətbiq edilən zülmətdə ədalət və sülhün kövrək vədidir”.
Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Fransa mediası və siyasətinin “nəyin bahasına olursa olsun Netanyahunu müdafiə etməyə” davam etdiyi üçün tənqid edilən açıqlamada, bu vəziyyətin “beynəlxalq hüququn qalan qırıntılarını qurban vermək” olaraq görüldüyü ifadə edildi.
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallantı “Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə” həbsə order verdiyini açıqlayıb.
Fransa xarici işlər nazirinin sözçüsü Christophe Lemoine, ölkəsinin BCM-nin həbs qərarına əməl edib-etməyəcəyi ilə bağlı dəqiq cavab verməkdən çəkindi və “Bu, hüquqi baxımdan çox mürəkkəb bir sualdır” dedi. ifadəsini işlətdi.
Digər tərəfdən, Fransa Xarici İşlər Nazirliyi, BCM-nin həbs qərarlarının “məhkəmə deyil, ittihamın rəsmiləşdirilməsi” olduğunu iddia edib.
Şayəstə Hüseynova