Finlandiyada Loviisa Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunda reaktor sistemlərinin nasazlığı səbəbindən elektrik enerjisi istehsalı dayandırılıb.
Elchi.az bildirir ki, TASS bu barədə Fortum şirkətinə istinadən xəbər verir.
Hadisə bazar ertəsi, noyabrın 18-də, saat 20:55 radələrində (Moskva vaxtı ilə 21:55) baş verib. Hazırda ekspertlər hadisənin dəqiq səbəbini müəyyənləşdirirlər. Məlumdur ki, stansiyanın birinci enerji bloku normal işləyir. Stansiya Hästholmen adasında, Loviisa şəhərindən 15 kilometr cənub-şərqdə yerləşir. Fortum dövlət konserninə məxsusdur. Stansiya ölkədə istehlak olunan elektrik enerjisinin on faizindən çoxunu istehsal edir.
Yeganə