Finlandiya və İsveç indi müraciət etsələr, Şimali Atlantika Alyansına qoşula bilməyəcəklər.
Elchi.az xəbər verir ki, bu fikri “The Financial Times” (FT) qəzetinə müsahibəsində respublika prezidenti Aleksandr Stubb deyib.
“İsveçlə birlikdə NATO-ya üzvlük üçün indi müraciət etsəydik, onu ala biləcəyimizə əmin deyiləm”, – siyasətçi qeyd edib.
Stubbın sözlərinə görə, Helsinki və Stokholmun bu gün alyansın bir hissəsi olmaq istəyi “təxribat kimi qəbul edilə bilər”. O, əlavə edib ki, ölkələrin NATO-ya qoşulması prosesi “çox sürətli”dir və insanlar Finlandiya və İsveçin “təhlükəsizlik istehlakçıları deyil, təhlükəsizlik təminatçıları” olduğunu başa düşürlər.
Bundan əvvəl Finlandiya Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat vermişdi ki, ölkə Baltik dənizində sualtı infrastrukturun mühafizəsi üçün NATO-nun Baltic Sentry missiyasında Hamina sinifli raket katerindən istifadə edəcək.
Yeganə