Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və onun müavini Arman Xocoyan Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının 45-ci ildönümünə həsr olunmuş 100-cü Ümumdünya üzümçülük və şərabçılıq konqresində iştirak etmək üçün Fransanın Dijon şəhərinə gediblər.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.