image-1620278453_sarbackend

Ermənilər kütləvi şəkildə ölkədən qaçır – SƏBƏB NƏDİR?

2021-ci ilin ilk dörd ayında Ermənistandakı iki hava limanında (Zvartnots və Şirak) sərnişin axını 405 105 nəfər təşkil edib.

“Zvartnots” beynəlxalq hava limanının mətbuat katibi Satenik Ovannisyan bu barədə “news.am”a danışıb.

Onun sözlərinə görə, yanvar ayında sərnişin trafiki 64.296 nəfər təşkil edib (31.052 nəfər gəlib, 33.244 nəfər yola düşüb):

“Bu ilin fevral ayında bu rəqəm 90198 (31901 nəfər gəlib, 58297 nəfər gedib), mart ayında 116.481 (42.283 nəfər gəlib, 74.198 nəfər gedib), aprel ayında isə 134.130 (58.978 nəfər gəlib, 75.152 nəfər gedib) olub. 2021-ci ilin 4 ayı ərzində gələn vətəndaşların sayı 164,214-ə, gedən vətəndaşların sayı 240891-ə çatıb”.

Nəticədə 2021-ci ilin 4 ayında hava yolu ilə Ermənistandan gedən vətəndaşlar gələnlərdən 76677 nəfər çox olub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki