image-6666backend

Erməni politoloqdan SENSASİON AÇIQLAMA: “Təxribatları Rusiya edir” 

Erməni politoloq Ara Papyan sensaion müsahibə verib. Alp.az xəbər verir ki, erməni mediasına müsahibə verən politoloq baş verən təxribatlarda Rusiyanın əli olduğunu etiraf edib.

“Robert Köçəryanın çıxışını izlədim. Nicatımızı Rusiyada görür. Ölkəni Rusiyaya satmaq istəyən qüvvələr var. Rusiya heç zaman Ermənistanın qərbə inteqrasiyasını qəbul etmək istəmir. Ona görə də onlara lazımdır ki, ölkə onlardan asılı vəziyyətdə olsun. Əhalinin rifahı aşağı səviyyədə olsun. Ermənilərin inkişafı Rusiyanın planlarına daxil deyil. Sakitlik olan kimi cəbhədə yeni təxribatlar baş verir. Bu təxribatların təşkili birbaşa Rusiyadan həyata keçirilir. Onlar Azərbaycan Ermənistan yaxınlaşmasını qəbul etmirlər. “- deyə Ara Papyan bildirib.

“Biz hesab edirik ki, Qərblə hərbi-siyasi əlaqələr genişləndirilməlidir. Rusiyadan qopmağa çalışmalıyıq”, – Papyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki