“Erməni əsgərinin Qazaxıstana getməsi erməni xalqına təhqirdir. KTMT 44 günlük müharibədə kənarda dayandı. Minlərlə erməni əsgəri öldü” – Alp.az xəbər verir ki, bunu erməni deputat Qeqam Nazaryan bildirib.
“Qazaxıstan kimi dəstəkləyirdi?. Noyabrın 9-da Qazaxıstan Azərbaycanı təbrik edib. Başqa bir tərəfdən Nikol Paşinyana və hökumətə müraciət edirəm. Erməni ordusu elə güclü ordu idisə Qarabağdakı 44 günlük biabırçılığın adı nə idi? Kimi aldadırsınız? Rusiyanın şinelindən çıxmağı bacarmırsınız. Minlərlə erməni əsgəri qanı üzərindən öz hakimiyyətiniz üçün istifadə edirsiniz “. -deyə Qeqam Nazaryan bildirib.