“Ermənistanın səsi” qəzeti “Ermənistan və Azərbaycan nümayəndələrinin Moskvada keçirilən görüşü barədə geniş məqalə dərc edib.
Alp.az xəbər verir ki, erməni nəşri qeyd edib ki, “Dekabrın 24-də, Paşinyan onlayn müsahibəsində açıqladı ki, Moskvada Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin gizli görüşü keçirilib. Bu sirrdir, çünki bu barədə cəmi 2 gün sonra məlum oldu.
” Onlar özlərinə hər cür bəraət qazandırmağa çalışdılar, əsas arqument kimi əsas mövzunun guya erməni əsirlərin qaytarılması olduğunu bildirdilər. Bu gün erməni xalqı özlərini ziyalı adlandıranları əsl xəyanətkar kimi qəbul edir. Bəli onlar erməni xalqına öldürülən erməni əsgərlərinə xəyanət ediblər. Azərbaycanlılarla görüşə gedən ziyalılar xəyanətkardır.”- nəşr qeyd edib.