“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan sensasion açıqlama verib.
Alp.az erməni mediasına istinadən xəbər verir ki, Naira Zohrabyan erməni ordusunun iki gün ərzində verdiyi itkilərin çoxsaylı olduğunu bildirib.Erməni millət vəkili bildirib ki, Nikol Paşinyan hakimiyyətə Qarabağı vermək üçün gəlmişdi, və missiyasını sona çatdırdı.
“Erməni ordusunu rəzil bir vəziyətə salıblar. Bu dözülməzdir. İki günə erməni ordusu 41 əsgər itirib. 24 əsgər və zabitin harada olması isə müəmmalıdır.”– deyə Naira Zohrabyan bildirib.