“Son günlər Qarabağda gərginləşən vəziyyəti stabilləşdirmək bizim xeyrimizədir. Əks halda Azərbaycanın cavabı amansız olacaq”. -Alp.az xəbər verir ki, bu açıqlamanı erməni internet televiziyasına müsahibəsində hərbi ekspert Mher Akopyan səsləndirib.
Hərbi ekspert bildirib ki, reallığı nəzərə almaq lazımdır.
“Rusiya Ukraynada savaş aparır. Sözsüz ki, qüvvələrini daha çox Ukraynaya cəmləşdirib. Bu başa düşüləndir. Həmçinin Qarabağdakı sülhməramlılar bir hissəsi də Ukraynaya göndərilib. Məhz bu zamanda vəziyyətin Qarabağda gərginləşməsi və aktiv döyüş fazasına keçməsi bizim sonumuzu gətirə bilər. Məni indi bu fikirlərimə görə qınayacaqlar. Amma etiraf edək ki, Azərbaycan ən müasir silahlara malikdir. Həmçinin Rusiya ilə münasibətlərini kifayət qədər yaxşılaşdırıb. Müharibə başlasa nə olacaq? Bizim ordumuzda indiki vəziyyətdə kifayət qədər boşluqlar var. Müharibə başlasa bu bizim üçün çox dəhşətli ola bilər. Həmçinin biz Rusiya qoşunlarını istənilən vasitə ilə Qarabağda saxlamalıyıq. Əks halda Rusiya Qarabağdan çəkilsə, bu bizim sonumuz olacaq.”- deyə hərbi ekspert bildirib.