Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, onu dostu adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Təbrik mətnində deyilir: “Böyük mübarizədən sonra Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm”.
Türkiyə lideri seçkilərin “dost və müttəfiq” Amerika xalqı və bütün dünya üçün əlverişli olmasını arzulayıb. Ərdoğan həmçinin vurğulayıb ki, o, Ukraynadakı münaqişənin həlli üçün Trampın səylərinə arxalanır. “Ümid edirəm ki, (…) regional və qlobal böhranlar və müharibələr, xüsusilə Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başa çatacaq”, – deyə prezident yekunlaşdırıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. O, sülh və firavanlıq naminə onunla işləməyə hazır olduğunu bəyan edib.
Yeganə