image-b6cf4e24-8b5f-3a56-a78c-20acbd23e7da_850backend

Əl-Culani: Suriyanın yeni hakimiyyətinin “Əl-Qaidə” ilə əlaqəsi yoxdur

Suriyanın yeni hakimiyyətinin hazırda “Əl-Qaidə” terror qruplaşması ilə heç bir əlaqəsi yoxdur və yalnız öz ölkəsinin maraqları naminə fəaliyyət göstərir.

Elchi.az xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) “Al Arabiya” telekanalına verdiyi açıqlamada deyib.

“Biz “Əl-Qaidə” ilə əlaqələri kəsmişik. Bu qruplaşma ilə münasibətlərimiz keçmişdə qalıb”, – o bildirib.

Əhməd əş-Şara hazırda Suriyanın ali maraqlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki