image-kuresel-isinma-getty-images-2330880_1backend

Dünya 1,5 dərəcə həddi keçib? İki böyük araşdırmadan kritik xəbərdarlıq

2024-cü ildə Yerin orta temperaturu 1,5 dərəcəni keçib. İqlimşünaslar deyirlər ki, bu səviyyə müvəqqəti dalğalanma deyil, uzunmüddətli istiləşmə prosesinin başlanğıcı ola bilər.
Elchi.az xəbər verir ki, İki böyük qlobal araşdırma göstərir ki, Yer kürəsi 1,5 dərəcə qlobal istiləşmə həddini keçib. Bu inkişaf onu göstərir ki, planetin iqlimi onu geri qaytarmaq çətin, bəlkə də geri dönməz bir mərhələyə qədəm qoyub.
İqlim alimlərinin narahatlıqları artır
İqlim tədqiqatları göstərir ki, 2024-cü ilin rekord temperaturları yalnız müvəqqəti deyil, daha uzunmüddətli istiləşmə prosesinin bir hissəsidir.
Biz yanlış istiqamətdə hərəkət edirik
Alimlər on illərdir ki, qalıq yanacaqların yandırılmasının qlobal istiləşməyə səbəb olduğunu deyirlər. Lakin istixana qazı emissiyaları azalmaq əvəzinə 50 faiz artdı. Bu, iqlim dəyişikliyinin dayandırılması üçün lazımi addımların atılmadığını göstərir.
1,5 dərəcədən çox olan dünyada:
Dəniz səviyyəsi yüksəlməyə davam edəcək.
Okeanlar isinəcək, ekosistemlər zədələnəcək.
Ekstremal hava hadisələri (meşə yanğınları, quraqlıq, qasırğa) daha tez-tez baş verəcək.
Qlobal iqtisadiyyat iqlim böhranının təsirləri ilə üzləşəcək.
Tədqiqatlar göstərir ki, karbon emissiyaları sıfıra endirilməsə, qlobal temperatur artımını dayandırmaq mümkün deyil. Bərpa olunan enerjiyə keçid sürətləndikcə daha radikal addımların atılmasının vacibliyi vurğulanır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, hər il gecikmə iqlim dəyişikliyini geri qaytarmağı çətinləşdirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki