Polşa prezidenti Anjey Duda bildirib ki, ölkə hazırda Almaniyada yerləşən bütün Amerika qoşunlarını öz ərazisində yerləşdirməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti”məlumat yayıb.
Polşa lideri alman siyasətçilərinin Avropanın ABŞ-dan müstəqilliyi ilə bağlı bəyanatlarını şərh edərək, Almaniyaya “ABŞ ilə münasibətlərdən əl çəkməyi” təklif edib.
“Biz onları Almaniyadakı bütün Amerika qoşunları ilə birlikdə götürməyə şad olarıq” dedi Duda.
Xatırladaq ki, Duda və ABŞ prezidenti Donald Tramp şənbə günü, fevralın 22-də Polşada Fort Tramp hərbi bazasının yaradılmasını müzakirə ediblər. Qeyd edək ki, Polşa prezidenti Amerika lideri ilə görüşmək üçün təxminən bir saat gözlədi. Danışıqların özü cəmi on dəqiqə çəkdi.
Yeganə