image-dindaxili_410backend

DİN bu klubun futbolçuları ilə bağlı araşdırmalara başladı

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.
Elchi.az-ın Apasport.az-a istinadən məlumatına görə, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.
Klubdan bildirilib ki, araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki