image-3aa4703e-6b2b-3024-a4ed-c0bf1903412b_850backend

Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb

Çinin cənubunda yerləşən Quiçjou əyalətində çay gəmisinin aşması nəticəsində səkkiz nəfər həlak olub.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Pekin vaxtı ilə saat 09:30 radələrində Pinçjen çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.

Həkimlər qəzadan sağ çıxan beş nəfərin vəziyyətini sabit qiymətləndirirlər. Araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki