image-19694288-f3fb-4002-b1fb-fca0742526d4backend

Bu pişik toyuq səsi çıxarır-FOTOLAR

Türkiyənin Əskişəhər bölgəsində yemək borusu genişləndiyi üçün toyuq səsi çıxaran pişik balası görənləri təəccübləndirib. Pişik balası baytarlıq klinikasında müalicə olunarkən, müalicədən sonra ona isti ev axtarılır.

Elchi.az xəbər verir ki, təxminən 60 günlük olduğu təxmin edilən və çəkisi 600 qram olan küçə pişiyi yemədiyi və qusduğu üçün heyvansevər tərəfindən baytarlıq klinikasına gətirilib.

Yoxlamalar zamanı pişiyin qida borusunda böyümə olduğu müəyyən edilib və bunun onun toyuq səsi çıxarmasına səbəb olduğu qeyd edilib. Pişiyin müalicəsi üçün xüsusi qidalanma proqramı və dərman preparatlarına başlanılıb.

Baytar pişik balasının sağlamlıq vəziyyətinin nəzarət altında olduğunu bildirib: “Hazırda qusma nəzarət altındadır. Qarşıdakı dövrdə qida borusunun yaxşılaşmasını gözləyirik”.

Pişik balasının toyuğa oxşayan səsinin səbəbinin yemək borusunun həddindən artıq genişlənməsi olduğu açıqlanıb. Baytar bu vəziyyətin pişiyin nəfəs borusuna təzyiq etdiyini və zaman-zaman səs titrəyişləri yaratdığını bildirib.

Yeganə

Mənbə: Haberler.com

image-7ec0c05c-eab3-4386-9d18-7c61c0be3c52 image-cef65d8b-31fd-4ff5-ae1c-1ad2d625e11f image-945bcfc3-7449-4085-9039-133ab7b9f343 image-0c0a5b93-9ee0-4374-9e69-c053dc1e97b8 image-a193877a-5076-4278-96c5-84ab2c982e66 image-92498cbc-b6d7-45a6-85f6-74991cf0f4f9

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki