image-images-3backend

Braziliyada məktəblərdə mobil telefondan istifadə qadağan edilib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun “tamamilə” zəruri olduğunu və oxşar təcrübələrin digər ölkələrdə də həyata keçirildiyini bildirib.
Vəzifəyə başladığı gündən etibarən nazirləri və digər rəsmiləri keçirdikləri görüşlərdə telefondan istifadə etməmələri ilə bağlı xəbərdarlıq etdiyini bildirən Lula da Silva, cib telefonlarının diqqəti yayındırdığını vurğuladı.
Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
Locomotiva İnstitutu və QuestionPro tərəfindən 2024-cü ilin oktyabrında aparılan sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.
Uşaq və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alınaraq, 20 dekabr 2024-cü ildə Konqresdə səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsinə dair tənzimləmə qəbul edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki