Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində iki dövlət arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək üçün Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kəmalə Harrislə görüşmək istəyir.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Mənbənin sözlərinə görə, Ərdoğan Harrisdən cavab gözləyir və prezidentlik yarışında öz namizədi Tim Vals ilə görüşməyə hazırdır. Lakin nə Türkiyə Xarici İşlər Nazirliyi , nə də Ağ Ev bu məsələyə münasibət bildirməyib.
Sentyabrın 12-də türkiyəli tarixçi və analitik Mehmet Perincek bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalardan Rusiya ilə ticarət əlaqələri olan ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək strategiyasını qəbul edib. Məsələn, Çin , Hindistan , Türkiyə, Azərbaycan , eləcə də bəzi Aİ ölkələrinə qarşı . Bu baxımdan, analitikin fikrincə, Vaşinqton “Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür”. Ekspert hesab edir ki, ABŞ üçün Rusiya Federasiyası ilə əlaqələr vasitəsilə Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə mane olmaq vacibdir.
Bundan əvvəl ABŞ Türkiyənin BRİKS-ə qoşulma qərarına reaksiya vermişdi.
Nuranə Məmmədova