image-36backend

Bezos, Mask və Zukerberq Trampın andiçmə mərasimində iştirak edəcək

Amazon onlayn pərakəndə satış şirkətinin və Blue Origin aerokosmik şirkətinin təsisçisi Ceff Bezos, SpaceX, Tesla və X şirkətlərinin sahibi İlon Mask, həmçinin Meta Korporasiyasının baş direktoru Mark Zukerberq yanvarın 20-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcəklər.

Elchi.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Onların sözlərinə görə, sahibkarlara “görünən yerlər” veriləcək, onlar digər mühüm qonaqlar, yeni Amerika administrasiyasında əsas vəzifələrə namizədlər və seçilmiş məmurlarla bir yerdə oturacaqlar.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, həm Meta, həm də Amazon Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıblar.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki