image-10backend

Bəqayi: “ABŞ Tehranın dialoqa razılıq verməsini qiymətləndirməlidir”

“Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verdiyini qiymətləndirməlidir”.

Elchi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

“Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. Birləşmiş Ştatlar onun tərəfində üstünlük təşkil edən aqressiv ritorikaya baxmayaraq qəbul edilmiş bu qərarı yüksək qiymətləndirməlidir. Biz gözləmirik… Biz proqnozlaşdırmırıq…”,-deyə o, “X”də yazıb.

Bəqayinin sözlərinə görə, İran tərəfi şənbə günü danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirmək və ondan sonra cavab vermək niyyətindədir.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda baş tutacaq. Əsas danışıqlarda İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcək.

İran tərəfinin bəyanatlarına görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə aparılacaq. Öz növbəsində, Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib ki, qarşıdan gələn tədbiri danışıqlar deyil, görüş kimi xarakterizə etmək olar.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki