image-0b2b5695-6c02-3af6-9c3b-feace255a505_850backend

Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) bu il yanvarın 26-da keçirilən prezident seçkilərinin nəticələrini yekunlaşdırıb.

Elchi.az  BELTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar MSK-nın iclası keçirilib.

“MSK-ya səsvermənin nəticələrinə dair protokollar təqdim edilib. Bunların əsasında ölkə üzrə seçkilərin nəticələri müəyyən edilib”, – MSK sədri İqor Karpenko bildirib.

Komissiyanın iclasının nəticələrinə görə, Belarus Prezidenti vəzifəsinə Aleksandr Lukaşenko seçilib. Onun namizədliyinə 5 136 293 seçici səs verib. Bu da səsvermədə iştirak edən vətəndaşların 86,82 %-ni və ya yarısından çoxunu təşkil edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki