image-1627935020_yerbackend

“Barselona” Messi ilə müqavilə imzaladı

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalayıb.

Alp.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Mənbənin xəbərinə görə, Kataloniya klubu 34 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalayıb. Müqaviləyə əsasən, argentinalı oyunçunun maaşı əvvəlkinə nisbətən 50 faiz azaldılacaq.

Klubun yaxın zamanda sözləşmə bağlandığını rəsmi şəkildə açıqlayacağı bildirilib. Məlumatda o da qeyd edilib ki, tərəflər danışıqları bir neçə saat əvvəl başa vurublar.

Əlavə edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyunun 30-u başa çatıb.(qol.az)

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki