image-baki-sumqayit-qatarbackend

Bakı-Qəbələ marşrutu üzrə əlavə reyslər təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə martın 20-31-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə Elchi.az-a ADY-dən məlumat verib.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki